Əhməd ibn Məcid
Əhməd ibn Məcid (tam adı:Əhməd ibn Məcid ibn Muhammed ibn Amr, ləqəbi Şihabuddin) Məşhur coğrafiyaşünas, naviqator, kartoqraf və dəniz səyyahı Əhməd ibn Məcid 1421-ci ildə indiki Omanın Julfan şəhərində anadan olub. 1501-ci ildə vəfat etmişdir. O, xəritəçiliyi ilə geniş şöhrət qazanmışdır. İbn Məcid, Vasko da Qamaya Hindistan səfərində yol göstərmiş, kompası Avropaya tanıdan islam alimləri arasında yer tutmuşdur.
Əhməd ibn Məcidin ən böyük uğurlarından biri də məşhur dəniz səyyahı, Hindistana dənizdən yol axtaran Vasko da Qamanın gəmilərinə bələdçilik edərək, onları sağ-salamat mənzilbaşına çatdırması oldu. Əhməd ibn Məcid dənizçilik elmi, gəmilərin hərəkəti, onların dəniz marşrutları, Hindistan və Şərqi Avropa sahillərinə çatması yolları barədə bu gün belə əhəmiyyətini itirməyən əsərlər yazıb.
Onun yazdığı və dənizçiliyə həsr edilən elmi əsərləri arasında okeanoqrafiyaya həsr edilən məşhur gəmilərin hərəkət və onların idarəedilmə prinsipləri (Fava'dh fi-usl İlm əl -Bahrva-əl-Qavaidah) kitabı var. Bu kitab təxminən 300 il ərzində Avropa coğrafiyaşünasları üçün dərslik rolunu oynadı. Bundan əlavə, məşhur dəniz səyyahı "Kitab-əl Favaid" (Dənizçilik fondu və gəmiçilik) adlı məşhur elmi əsərini yazıb. Bu əsərdə dənizçilik elmi, onun inkişaf etdirilməsi, dənizdə istiqamətlərin müəyyən olunması, naviqasiyanın əsas prinsipləri, dəniz sahilləri arasındakı fərqlər, Şərqi Afrika və İndoneziyanın dəniz limanları, ulduzların vəziyyətinə görə istiqamətin müəyyən edilməsi, mussonların, mövsümü, küləklərin başlama vaxtı, dənizdəki təhlükəli yerlər və onlardan qorunma yolları barədə ensiklopedik məlumatlar verilib.